Ucuz və faydalı tərəvəz YERKÖKÜ - təzyiqi salır, görməni yaxşılaşdırır...

Ucuz və faydalı tərəvəz YERKÖKÜ - təzyiqi salır, görməni yaxşılaşdırır...

Qış aylarında yerkökü vitamin və mineralların ən yaxşı mənbələrdən biridir.

Karotinlə (A vitamini) zəngin olan yerkökü görməyə müsbət təsir edir. Karotindən əlavə yerkökündə göz büllurunun və torlu qişanın sağlamlığını qoruyan lütein və zeaksantin maddələri var. Amerika oftalmologiya jurnalında dərc olunmuş elmi araşdırmanın nəticələrinə əsasən, həftədə 2 porsiya kök yeyən insanlarda qlaukomanın riski 64% azalır.

Sfera.az saglamolun.az-a istinadən bildirir ki, karotin həmçinin immun sisteminə də yaxşı təsir edir. A vitamini selikli qişaların normal fəaliyyətində çox böyük rol oynayır. Selikli qişalar orqanizmdə baryer funksiyasını yerini yetirir, mikrobların orqanizmə daxil olmasına mane olur.

Kök həzm olunmayan liflərlə zəngindir. Bu liflər bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qanda xolesterinin səviyyəsini aşağı salır, arıqlamağa kömək edir.

Karotinoidlər güclü antioksidant xüsusiyyətlərə malikdir. ABŞ alimləri sübut edir ki, karotinoidlər ağciyər xərçənginin riskini azaldır. Həmçinin yerkökünün tərkibində olan maddələr düz bağırsaq, prostat xərçənginin və leykemiyanın riskini azaldır.

 

Yerkökü ürək və damarlar üçün əvəzsiz olan kaliumla zəngindir. Kalium ürək əzələsini möhkəmləndirir və həmçinin orqanizmdən artıq natriumu xaric etməyə yardım edir. Natrium orqanizmdə artıq mayeni saxlayaraq arterial təzyiqinin qalxmasına səbəb olur.

Mütəxəssislər qeyd edir ki, kökü yağla birlikdə istehlak etmək daha faydalıdır. Yerkökünün tərkibində olan karotinoidlər yağla birlikdə daha yaxşı mənimsənilir. 


OXŞAR XƏBƏRLƏR