Ucuz neft Avropa Mərkəzi Bankını qorxutdu
AMB-nin sədri Dragi bu məqsədlə "stimul paketi"nin vaxtının uzadılacağını qeyd edib.
Avropa Mərkəzi Bankı mart ayında pul siyasətini dəyişə bilər.
Sfera.az anspress-ə istinadən bildirir ki, bu barədə bankın sədri Mario Dragi açıqlama verib. Dragi bildirib ki, neftin qiymətində müşahidə olunan eniş Avropa iqtisadiyyatına qarşı təhlükəyə çevriləcəyi təqdirdə bank vəziyyətlə əlaqədar tədbirlər görəcək. Dragi bu məqsədlə "stimul paketi"nin vaxtının uzadılacağını qeyd edib. Eyni zamanda, hazırkı faiz həddi də dəyişməz olaraq qalacaq və ya faizlər daha da aşağı salına bilər.
"İnfilyasiya həddi qarşıdakı aylarda da dəyişməz olaraq qalacaq. Lakin 2016-cı ilin sonlarında bu həd yüksələ bilər. Maliyyə siyasəti çərçivəsində görülən tədbirlər və iqtisadi artım nəticəsində infilyasiya hədləri yüksəlməyə davam edəcək. Lakin ilin ikinci yarısında qarşılaşa biləcəyimiz riskləri də yaxından təhlil etmək lazımdır." - deyə Avropa Mərkəzi Bankının sədri Mario Dragi bildirib.
Hazırda bankın faiz həddi 0.05 faiz təşkil edir. Stimul paketinin həcmi isə, 1.63 trilyon dollara bərabərdir. Avrozonada infilyasiya həddi isə, 0.2 faizdir. Bu, AMB-nin "2 faizlik" hədəflərindən kifayər qədər aşağıdır.