Hadİsə

Ucarda dəhşət: 3 nəfər yanaraq öldü - VİDEO

Ucarda dəhşət: 3 nəfər yanaraq öldü - VİDEO
 
Səhər saatlarında Bakıda dəhşətli yanğın hadisəsi olub.Kafeyə xaş yeməyə gələn iki müştəri və bir kafenin işçisi yanğın zamanı tüstüdən boğularaq ölüblər.
 
Sfera.az "Xezerxeber.az"a istinadən xəbər verir ki, Ucarda isə elektrik naqillərində baş verən qısa qapanma ikimərtəbəli evin yanmasına səbəb olub.

Kafedə yanğın 3 nəfərin ölümünə səbəb olub.

Hadisə səhərə saat 6-da paytaxtın Nərimanov rayonu Əliyar Əliyev küçəsində baş verib. Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata əsasən, dördmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 70 kvadrtametr olan kafenin yanar konstruksiyaları 10 kvadrat metr sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 29 yaşlı Kərəm Əliyev, 36 yaşlı Bəhruz Əhmədov və daha 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Məlumata görə, Kərəm Əliyev kafeni icarəyə götürən, müştərilər isə yaxınlıqdakı inşaatda işləyənlər olub.

Hadisə yerinə gələn polis və prokurorluq orqanlarının əməkdaşları meytləri müayinə üçün məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinə aparıblar. Polisdən verilən məlumata görə, həmin şəxslər erkən saatlardan spirtli içki içərək xaş yeyirmişlər. Faktla bağlı araşdırmalar davam edir.

Səhərə yaxın digər bir yanğın hadisəsi isə Ucar rayonu Bərgüşad kəndində Xanoğlan Abbasova məxsus 2 mərtəbəli evdə baş verib. Yanğını görən qonşular dərhal ev sahiblərinə məlumat verib. Qonşuların köməyi ilə ev sahibləri mənzildən çıxarıılıb. Hadisə yerinə gələn yanğınsöndürənlər alovun qarşısını alıblar. Amma ev bütün əşyaları yanaraq yararsız hala düşüb. Məlumta görə, bu hadisə də elektrik naqillərində baş verən qısa qapanma zamanı olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın zamanıümumi sahəsi 160 kvadrat metr olan ikimərtəbəli5 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın və dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.
 

AdRiver

XƏBƏR LENTİ