Ucaboy olmaq üçün bu qidaları yemək lazımdır - SİYAHI

Ucaboy olmaq üçün bu qidaları yemək lazımdır - SİYAHI

Boy uzanması insan həyatının vacib mərhələlərindən biridir. Uzun boy genetika ilə bağlı olmaqla yanaşı, həyat tərzi və qidalanmadan da asılıdır.Milli.Az lent.az-a istinadən boy uzadan qidalar haqqında məlumat verir.

Nişasta

Çox yayılmış fakt olmasa da, nişasta bədənin təməl enerji qaynaqlarından biridir. Bununla yanaşı, tərkibində B vitamini, lif, dəmir, maqnezium, selenium da var. Həm də çox vacib kalori qaynağı olduğu üçün xüsusən də uşaqların sürətli inkişafını təmin edir. Odur ki, yeniyetmə vaxtı nişasta ilə qidalanmaq daha çox məsləhətdir.

Yumurta ağı

Yumurtanın ağı 100 faiz protein və riboflavin kimi tanınan B2 vitamini tərkiblidir. Riboflavin hüceyrə çoxalmasında məsuliyyət daşıyan vitaminlərdən biridir. Boyun uzanması üçün bu vitaminlərə ehtiyac var.

Soya

Soya yüksək miqdarda protein tərkibli tərəvəzlər sırasındadır. Soyadakı saf protein sümüklərin inkişafında və toxuma kütləsinin artmasında vacib rol oynayır. Boy uzanmasını təmin etmək üçün gündə 50 qramlıq soya yemək kifayətdir.

Yulaf

Yulaf da yüksək miqdarda protein tərkiblidir. Məlum olduğu kimi, yulafın əzələ kütləsini artıran və yağ miqdarını azaldan təsiri var. Səhər yeməyində yulaf əzməsi və ya yulaf məhsulları yemək bu baxımdan çox əhəmiyyətlidir.

Mərcan

Dəniz mərcanlarından əldə edilən və yeyilməsi sümük böyüməsini sürətləndirən bu kalsium maksimum miqdarda faydalıdır. Xüsusən də erkən yaşlarda qəbul edilməlidir. Həkiminizlə məsləhətləşərək, kapsullarından da faydalana bilərsiniz.

Palamut balığı

Palamutla yanaşı kefal, torik və uskumru tərkibindəki zəngin yağ və vitaminlər baxımından sümük inkişafını dəstəkləyir. Mütəxəssislər bu balıqlardan hər hansı birinin həftədə bir dəfə yeyilməsinmi məsləhət görür.

Süd, pendir

Boy uzanmasında ən təsirli minerallardan biri, hətta birincisi kalsiumdur. Süd və süd məhsullarından bol miqdarda olan kalsium sümüklərin uzanmasını təmin edir və bədənin müqavimətini artırır. Əsasən bütün süd və süd məhsullarında kalsium var. Eyni zamanda, gündəlik yeyilən pendirlər və tam yağlı ağ pendir də kalsium baxımından zəngindir.

Toyuq

Toyuq heyvani qidalar arasında ən zəngin protein qaynaqlarından biridir. Protein boyun uzanmasına əhəmiyyətli dərəcədə təsir edir. Toyuq və hinduşka ətindəki bu mineral əzələ və toxumaların inkişafında çox vacibdir. Eyni formada qırmızı ət də bu təsirə malikdir.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...