TV yayımçıları cərimələndi - ATV-yə xəbərdarlıq olundu

TV yayımçıları cərimələndi - ATV-yə xəbərdarlıq olundu
Milli Televiziya və Radio Şurası 2018-ci ildə yayımçılar barədə tətbiq edilmiş inzibati tənbeh tədbirlərini açıqlayıb. 

AZXEBER.COM-un məlumatıma görə, kabel şəbəkəsi yayımçıları tərəfindən kütləvi nümayişi (retranslyasiyası) həyata keçirilən teleradio kanallarının yayımlanmasına dair mülkiyyəçilərin razılığının olmadığı müəyyən edilib və İnzibati Xətalar Məcəlləsinin 383.2-ci maddəsinə əsasən - teleradio təşkilatlarının razılığı olmadan onların verilişlərindən (proqramlarından) istifadə edilməsinə və ya mülkiyyətçinin razılığı olmadan proqramların (verilişlərin) yayımlanmasına, köçürülməsinə (tirajının çoxaldılmasına), satılmasına və ya kütləvi nümayişinə görə - "Metronet” MMC, "Uninet” MMC və "Enginet” MMC barəsində inzibati protokol tərtib edilərək müvafiq rayon məhkəmələrinə göndərilib. 

Məhkəmələr tərəfindən qeyd olunan pozunutuya görə adları çəkilən kabel şəbəkəsi yayımçılarının hər biri barədə 3000 manat cərimə cəzası tətbiq edilib.

Şuranın 10 iyul 2018-ci il tarixli qərarına əsasən ATV telekanalında həftə içi saat 10.00-12.00 arası yayımlanan, Yusif Ağayevin aparıcılıq etdiyi "10-dan sonra” verilişinin 9 iyul 2018-ci il tarixli buraxılışında ədəbsiz ifadələrdən, sözlərdən istifadə olunduğuna görə "Azad Azərbaycan Müstəqil Tele-radio Kompaniya”sına xəbərdarlıq elan olunub.

Qeyd edək ki, şuranın məhkəməyə göndərdiyi iddia əsasında "Lider” televiziyasın da cərimələnib.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...