TV-lərdəki evlilik proqramları bağlanır

TV-lərdəki evlilik proqramları bağlanır
Türkiyədə bir çox kanalda yayımlanan evlilik verilişləri bağlana bilər.
 
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, RTÜK-ə (Türkiyənin Ali Televiziya Qurumu) evlilik proqramları ilə bağlı çoxlu şikayətlər gəlib.
 
Bir çox kanalda yayımlanan evlilik proqramları xüsusilə qadınlar tərəfindən tənqid olunub.  Tamaşaçılar bu verilişlərin reytinq uğuruna artıq şouya çevrildiyini, mənəvi-əxlaqi dəyərlərə zidd olduğunu bildiriblər. 2016-ci ildə RTÜK-ün hazırladığı "Vətəndaş təkliflərinin təhlili"ndə evlilik proqramlarına dair ümumilikdə 10 min 691 şikayət qeydə alınıb. Vətəndaşlar artıq evlilik proqramlarının ləğv olunmasını istəyir. Şikayətçilər belə verilişlərin cəmiyyətə pis təsir etdiyini vurğulayıblar. Şikayətlərin çoxunun əsasən ali təhsilli insanlardan qeydə alındığı da müəyyən edilib.
 
RTÜK sədri İlhan Yerlikaya da şikayətlərin çoxunun evlilik proqramları ilə bağlı olduğunu etiraf edib. Şikayətləri nəzərə alan RTÜK sədri kanal rəhbərləri ilə qapalı iclas keçirib. İclasda evlilik proqramları müzakirə olunub. RTÜK evlilik kimi müqəddəs bir mövzunun şouya çevrilməsini pisləyib. Qurum belə proqramları ya birdəfəlik yayımdan qaldıracaq, ya da onlarla bağlı çox sərt qərarlar verəcək. Qurumun qərarı yaxın günlərdə açıqlanacaq.
 
Fərqli kanallarda aparıcı olan Zuhal Topal, Esra Erol və Seda Sayan arasındakı qalmaqallar məsələnin ciddi şəkildə böyüməsinə gətirib çıxarıb.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...