Türkmənistan vətəndaşı Bakı limanında dəm qazından boğularaq ölüb

Türkmənistan vətəndaşı Bakı limanında dəm qazından boğularaq ölüb
 

Bakıda Türkmənistan vətəndaşı dəm qazından ölüb. Hadisə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında baş verib.

 

Belə ki, aprelin 2-də Türkmənistan vətəndaşı, 1963-cü il təvəllüdlü Alimov Yuzbek Selimoviç idarə etdiyi yük avtomobili ilə Türkmənistana getmək üçün Gürcüstandan Azərbaycana keçərək gətirdiyi yükü Türkmənistana aparmaq üçün limana gəlib.

 

Limanda növbəsini gözləyən Y.Alimov avtomobilinin kabinəsinə keçərək orada qaz balonunu yandırıb. Bir müddətdən sonra Y.Alimovun növbəsi çatsa da, o, avtomobili hərəkətə gətirməyib. Liman mühafizəçiləri yük avtomobilinin şüşəsini sındıraraq avtomobilin kabinəsinin yataq yerində Y. Alimovu ölmüş vəziyyətdə aşkarlayıb. Məlum olub ki, Y.Alimov kabinədə yanmış vəziyyətdə qoyduğu qaz balonundan yayılan dəm qazından zəhərlənib.

 

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.(Trend)


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...