Türkmənistan prezidenti bu avtomobilə görə Putinə minnətçi düşdü - TƏFƏRRÜAT + FOTO

Türkmənistan prezidenti bu avtomobilə görə Putinə minnətçi düşdü - TƏFƏRRÜAT + FOTO


Türkmənistanın hakim dairələri Rusiyanın "Kortej” kimi tanınan xidməti "Aurus” markalı avtomobillərinin alışında maraqlıdırlar.

 

Sfera.azRusiya mətbuatına istinadla xəbər verir ki, bunu Rusiya prezidenti ilə görüşdə Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdıməhəmmədov bildirib.

"Biz Aurus-sedan” avtomobilinin sifariş etmişik. Bu avtomobilin ilk partiyasını almaq istərdik”,-Berdıməhəmmədov söyləyib.

 

Maşınların sayı və qiyməti haqda isə hələlik məlumat verilmir. Putin isə öz növbəsində Rusiya avtomobilləri ilə maraqlandığına görə həmkarına təşəkkür edib. Berdıməhəmmədov buna qədər Rusiyanın baş naziri Dmitri Medvedevlə də sözügedən maşınların alışı mövzusunda söhbət etmişdi.

 

 

Türkmənistan lideri avtomobilin sükanı arxasına keçərək, salonu nəzərsdən keçirib və rəqəmsal texnologiyaların çoxluğunu xüsusi qeyd edib. Türkmənistan prezidenti limuzinin salonundan razı qalıb, həmçinin maşının zərif görünüşünü və "düzgün qiymət”ini də dəyərləndirib.

 

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR