Türkmənistan millisinin xorvat baş məşqçisi Ozobiç haqda nə dedi?

Türkmənistan millisinin xorvat baş məşqçisi Ozobiç haqda nə dedi?
"Milli komanda kommersiya maraqları olan yer deyil, bu ölkədən olan insanlar üçündü".
 
Bunu Türkmənistan yığmasının yeni baş məşqçisi Ante Mişe deyib.
 
Yeni çalışdırıcı təqdimat mərasimində qarşıya qoyulan hədəflərdən söz açıb.
 
Xorvatiyalı mütəxəssis Türkmənistan millisi üçün hansısa həmyerlisinin milliləşdirilmə məsələsi ilə bağlı sualı cavablandırarkən "Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiçdən bəhs edib.
 
O, həmyerlisinin Azərbaycan yığmasında arzusunda olduğunu söyləyib: "Filip Ozobiç adlı futbolçu var, Azərbaycanda "Qarabağ"ın formasını geyinir və 27 yaşı var. Bildiyim qədərilə o, Azərbaycan vətəndaşlığını almaq istəyir. Fikrimcə, hansısa xorvatiyalı və ya gələcəkdə İspaniyadan şərti futbolçu Tükmənistanın yüksək liqasında 5 ildən artıq çıxış edəcəksə və özünü əla oyun ortaya qoyacaqsa, o zaman yəqin ki, mümkün olar".

OXŞAR XƏBƏRLƏR