Türkmənistan da razılıq verdi – Türk Dövlətləri Təşkilatı elan olunacaq

Türkmənistan da razılıq verdi – Türk Dövlətləri Təşkilatı elan olunacaq
"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) gələn ay keçiriləcək Zirvə görüşündə sədrlik Türkiyəyə keçəcək. Bundan əlavə, Türkmənistan təşkilata tamhüquqlu üzv olacaq. Bununla da 6 dövlət - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan qurumun tamhüquqlu üzvünə çevriləcək. Bundan əlavə, təşkilatın adı da dəyişdirilərək Türk Dövlətləri Təşkilatı olacaq”.

Bu sözləri Sfera.az-a politoloq Turab Rzayev deyib.

Politoloqun sözlərinə görə, bu gün Türk Birliyinin strateji əhəmiyyəti artmaqdadır:

"Əvvələr Türk Birliyi bir çox ölkə üçün simvolik bir ideyadan ibarət idi. Hətta 90-cı illərdə TDƏŞ yaradılanda bir çox türk dövləti təşkilata mərhum prezident Heydər Əliyevin şəxsi nüfuzu sayəsində daxil olmuşdu. Mərkəzi Asiya ölkələrinin bir çoxu türkçülük ideolgoiyasından uzaq idi. Heydər Əliyevi özlərinə ağsaqqal hesab edən türk dövlət başçıları təşkilata məhz onun istəyi əsasında üzv olmuşdu.

Lakin bu gün həm türk ölkələrinin Türk Birliyinə, həm də türkçülüyə baxışı əsaslı surətdə dəyişib. Dövrün dəyişən şərtləri, milli şüurun oyanması, geosiyasi və iqtisadi maraqlar bu gün türk dövlətlərinin vahid təşkilatda birləşmək istəyini artırıb. Xüsusilə, 44 günlük müharibə zamanı Azərbaycanın əldə etdiyi qələbə bu düşüncənin oturuşmasında həlledici rol oynadı.

Yəni Azərbaycanın və Türkiyənin vahid siyasi hərbi maraqdan çıxış etməsi, günü-gündən güclənməsi 27 ildir həlli dalana dirənən Qarabağ münaqişəsinin 44 gün ərzində həll edilməsi, digər türk ölkələrinin də özlərinə olan inamını artırdı”.
 
T. Rzayevin sözlərinə görə, Türk Dövlətlərinin Əməkdaşlıq Şurası birmənalı olaraq Türk Birliyi adlanmalıdır:

"Bu gün bu birliyin adından çəkinməməliyik. Çünki bu birliyin başqa ölkələrin ərazi bütövlüyünü pozmaq və ya işğalçılıq niyyəti yoxdur. Əksinə türk dövlətləri birləşərək öz suverenliklərini qorumaq yolunda əmin addımlar ata bilərlər. Təsadüfi deyil ki, 44 günlük müharibədən sonra Türkiyə Mərkəzi Asiya ölkələrində hərbi təlimlər keçirdi. Türkiyə və Azərbaycanın illərdir, apardığı xarici siyasət və uğurlu nəticələrini digər türk dövlətləri də görür. Bu gün türk ölkələrinə lazım olan xarici təhdidlərdən qorunmaq, iqtisadi, siyasi, hərbi inkişaf Türk Birliyi ətrafında bir araya gəlməklə mümkündür”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün kvota MÜƏYYƏNLƏŞDİ

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 500 kvota yeri ayırıb.   Sfera.az xəbər verir ki...

Prezident Şirvan suvarma kanalının təməlini QOYDU - YENİLƏNDİ - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. ...

Azərbaycanda tibbi maska istehsalı ARTDI

Bu il Azərbaycanda tibbi maska istehsalında kəskin artım müşahidə edilir.  Sfera.az rəsmi statistikaya istinadən xəbər verir ki, 2024-cü ilin birinci ...

İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri TƏSDİQLƏDİ

Prezident İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında&...

Türkiyə-Azərbaycan Universiteti ilə bağlı FƏRMAN İMZALANDI

Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiqlənib.   Sfera.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bunun...

Prezidentin yüksək vəzifə verdiyi Fərhad Adıgözəlov KİMDİR? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Sərəncam imzalayı...