Türkməneli tv-nin əməkdaşı öldürüldü

Türkməneli tv-nin əməkdaşı öldürüldü
 
İraqın Kərkük şəhərində "Türkmeneli” telekanalının xəbər direktoru Əhməd Nəcməddin Haceroğlu öldürülüb.
 
Sfera.az APA-a istinadən xəbər verir ki, bu barədə türkmənlərin Ərbil şəhərindən olan millət vəkili Aydın Maruf bildirib.
 
Onun sözlərinə görə, İŞİD-in hücumlarını işıqlandırmaq istəyən jurnalist avtomobilə edilən hücum nəticəsində həyatını itirib.
 
Məlumata görə, Kərkükdə təhlükəsizlik tədbirləri gücləndirilsə də, hərbçilər və mülki vətəndaşlar İŞİD snayperlərinin hədəfinə tuş gəlirlər.


OXŞAR XƏBƏRLƏR