Türkiyəyə qarşı “yəhudi planı”: ABŞ-la Türkiyəyə arasındakı S-400 gərginliyinin gizlinləri

Türkiyəyə qarşı “yəhudi planı”: ABŞ-la Türkiyəyə arasındakı S-400 gərginliyinin gizlinləri
 

"Əslində ABŞ-ın S-400-lə bağlı təzyiqləri bəhanədən başqa heç nə deyil. ABŞ-ın bu təzyiqlərində məqsəd sadəcə Türkiyə ilə bazarlıq etmək, yenidən qardaş ölkəni idarəoluna biləcək arxa bağçası vəziyyətinə gətirməkdən ibarətdir”


Sfera.az-a açıqlamasında bunu Türkiyənin Rusiyadan S-400 raketləri almaqda qərarlı olması fonunda Vaşinqtonla Ankara arasında yaşanan gərginliklə bağlı danışarkən politoloq Natiq Miri deyib.


Onun sözlərinə, görə, Vaşinqtonun burada məqsədi Ankara ilə Moskvanın arasını vurmaqdır: "Çünki Vaşinqton Türkiyəni S-400-ləri almaqdan vaz keçirməklə əslində Ankara ilə Moskva arasındakı münasibətləri pozmağı hədəfləyib. Bu gün Yaxın Şərq və MDB məkanında ABŞ-ın qarşısına çıxa biləcək əsas güc Rusiyadır. ABŞ-ın Yaxın Şərq və Suriyada geosiyasi maraqları var ki, ona əngəl törərdən əsas ölkə yenə də Rusiyadır. Moskvanın Ankara ilə münasibətləri daha isti məcraya daşıması və onlar arasında yaxınlaşmanın olması da ABŞ-ın geosiyasi maraqlarını həyata keçirməyə əngəl törədir. Ona görə S-400 məsələsində süni bəhanələr yaratmaqla əslində Türkiyəni Rusiyadan aralamağa, həm də qardaş ölkənin müstəqil siyasət yürüdən dünya gücü olmasının qarşısını almağa çalışırlar. rkiyə regionda həlledici oyunçu olaraq iddiasını ortaya qoyur. Türkiyə sərhədi boyunca yeni terror dövlətinin yaranmasının qarşısını da almağa çalışır ki, bu istiqamətdə də ciddi nəticələr var. Yəni ABŞ və İsrailin terror dövləti yaratmaq yolunda yeganə əngəl məhz Türkiyədir. Bu kontekstdə Türkiyənin Rusiya ilə yaxınlaşması da Vaşinqtonu narahat edir. Məhz buna görə də ABŞ S-400 kimi bəhanələrlə bu iki dövlətin arasını vurmağa çalışır”.


Politoloq qeyd etdi ki, Rusiya ilə Türkiyənin arasının vurulması ABŞ-la İsrailin işinə yarayır: "ABŞ bilməmiş deyil ki, Türkiyəyə satacağı F-35 təyyarələrinin bütün məxfi informasiyalarını Ankara heç vəchlə Rusiyaya verməyəcək və verə də bilməz. Buna ABŞ tam olaraq əmindir. Sadəcə, bunu bəhanə gətirməklə S-400 alınmasından Türkiyənin vaz keçməsini istəyir ki, bu yolla da Ankara ilə Moskva arasında ciddi gərginliyin yaranmasına səbəb olsun. Belə vəziyyət də təbii ki, ABŞ və İsrailin işinə yarayacaq. Ona görə də ABŞ S-400-dən təhdid deyil, sadəcə bəhanə olaraq istifadə edir”.


Lakin həmsöhbətimiz ABŞ və Türkiyə arasında yaşanan bu gərginliyin daha kəskin fazaya gəlib çıxacağını düşünmür: "Türkiyə ABŞ və NATO üçün vazkeçilməz ölkə olaraq qalır. Bu mənada Ankaranın NATO-dan çıxarılması ilə bağlı səslənən təhdidlər də həqiqəti əks etdirmir. Çünki NATO müqaviləsinə görə Türkiyə özü istəməsə heç bir dövlət onu həmin təşkilatdan çıxara bilməz. Ona görə də bəri başdan hansısa Türkiyə-ABŞ qarşıdurmasından danışmaq hələlik tezdir. Vaşinqtonda anlayırlar ki, Türkiyə itirilərsə, Ankara bu halda NATO-dakı "müttəfiqlərinə” alternativlər axtaracaq. Bu alternativlərdən biri də Şanxay Birliyidir”.


Qeyd edək ki, Türkiyənin Rusiya ilə yaxınlaşaraq ondan S-400 raketləri almaqda israrlı olması Ankara ilə Vaşinqton arasında münasibətlərin kəskinləşməsinə gətirib çıxarıb. Belə ki, Türkiyənin bu məsələdə qərarlı olması fonunda ABŞ Ankaranı NATO-dan çıxarmaq, hətta ona qarşı sanksiyalar tətbiq etməklə hədələyib. Bu amil onu göstərir ki, yaxın gələcəkdə tərəflərdən hər hansı biri öz istəklərindən geri çəkilməsə onlar arasında münasibətlər daha da kəskinləşə bilər.

Elçin


OXŞAR XƏBƏRLƏR

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...