Dünya

Türkiyəyə qarşı sanksiyalar tələb edən qanun layihəsi Konqresdə

Türkiyəyə qarşı sanksiyalar tələb edən qanun layihəsi Konqresdə
ATƏT sədri və Respublika partiyasının senatoru Rocer Viker ABŞ Konqresinə təqdim etdiyi qanun layihəsində Türkiyəyə qarşı sanksiya tətbiq olunmasını istəyib.

Sfera.az xəbər verir ki, dini azadlıqların, fundamental insan haqlarına hörmət göstərilməsi məsələlərində Türkiyə ilə yanaşı Azərbaycan, Özbəkistan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Türkmənistan və Ukraynadakı rus separatçılarının adının salındığı qanun layihəsində ad hallanan ölkələrin dini azadlıqlara hörmət göstərmədikləri iddia olunur. Viker bu ölkələrin "Xüsusi olaraq izlənən ölkələr siyahısı”na salınmasını istəyib. 

Qanun layihəsinə Demokrat partiyasından Nyu-Hempşir senatoru Jin Şahin, Respublika partiyasından Şimali Karolina senatoru Tom Tillis, Arkanzas senatoru Con Buzman, Kolorado senatoru Kori Qardner ilə Oklahoma senatoru Ceyms Lankford da dəstək verib.

Viker adı hallanan ölkələrin dini və digər təməl azadlıqlara hörmət etmək məsələsində ATƏT qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiklərini iddia edib.
Qanun layihəsində Türkiyədə həbs olunan və məhkəməsi gedən rahib Endrü Brunsonla da bağlı Türkiyəyə maliyyə sanksiyaları qoyulması, türk rəsmilərin ABŞ-a girişinə qadağa qoyulması tələb edilir.
 
Rəsul
Sfera.az

AdRiver

XƏBƏR LENTİ