Türkiyəyə 72 saat vaxt verildi: “Bu, müharibə elanı deməkdir”

Türkiyəyə 72 saat vaxt verildi: “Bu, müharibə elanı deməkdir”

Şiə “Heşdi Şabi” qrupuna bağlı döyüşçülər Türkiyənin İraqın Bəsrə şəhərindəki Baş konsulluğu və türk şirkətlərinə şəhəri tərk etməsi üçün 72 saat vaxt verib.

 

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Bəsrədəki “Heşdi Şabi” qrupunun mətbuat xidmətindən bildirilib.

 

Bəyanatda bildirilir ki, Türkiyənin Mosul vilayətinin Başika qəsəbəsində hərbi qüvvəni artırması Bağdadın razılığı olmadan edilib. “Heşdi Şabi”yə bağlı şiə döyüşçülər Türkiyə zabitlərinin İraq torpaqlarına girməsini qəti şəkildə qəbul etmirlər. Bu, İraqa qarşı müharibə elanı hesab edilir”, - bəyanatda deyilir.

 

Qeyd edək ki, İraqın baş naziri Haydar Əl-Abadi türk əsgərlərinə ölkədən çıxması üçün 48 saat vaxt vermişdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə ultimatumun heç bir halda yerinə yetirilməyəcəyini bildirib.

 

“Başikanın qurulmasından il yarım keçib. İnsandan soruşmazlarmı ki, bu vaxta kimi harada idiniz? Hazırda əsgərlərimizin geri çəkilməsindən söhbət gedə bilməz”, - Ərdoğan deyib.


OXŞAR XƏBƏRLƏR

Ərdoğan Almaniya Prezidenti ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.   Sfera.az xəbər verir ki, məlumatı “TR...

Azərbaycan futboluna AĞIR İTKİ - Baş məşqçi VƏFAT ETDİ + FOTO

1983-85-ci illərdə “Araz” futbol komandasının baş məşqçisi olmuş Hafiz Əliyev dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə &qu...

İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib.   Sfera.az xəbər v...

"ABŞ vətəndaşı olsam, Baydenə yox, Trampa səs verərəm" - İsrailli nazir

İsrailin diaspor naziri Amixay Çikli Donald Trampın prezident seçilməsində maraqlı olduğunu bildirib. Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki...

Prezident: "Azərbaycan Qırğızıstanla bütün istiqamətlərdə əlaqələri davam etdirmək əzmindədir"

Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir.   Sfera.az xəbər verir ki, bu fikirləri Azərbayc...

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - YENİLƏNDİ - 2 - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan- Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.  ...