Türkiyənin sabiq XİN rəhbəri Səməd Seyidovu müdafiə etdi

Türkiyənin sabiq XİN rəhbəri Səməd Seyidovu müdafiə etdi
Türkiyənin keçmiş xarici işlər naziri, tanınmış diplomat Hikmət Çətin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsi tərəfindən korrupsiyada adı hallanan AŞPA üzvlərinə, o cümlədən Milli Məclisin deputatı Səməd Seyidova qarşı sanksiyalar tətbiq etməsini şərh edib. 

Hikmət Çətin Sfera.az-a açıqlamasında sözügedən qərarın qərəzli olduğunu bildirib:

"Avropa Şurası zaman-zaman ikili standartlarla hərəkət edən qurum kimi tanınır. Mən Səməd Seyidovu tanıyıram. Onun bu yaxınlarda Strasburqda Türkiyəni açıq müdafiə etdiyini də bilirəm. Hesab edirəm ki, Avropa Şurasının Səməd Seyidova qarşı qəbul etdiyi qərar doğru deyil. Avropa Şurası Parlament Assambleyası insanların öz fikirlərini sərbəst və azad şəkildə söyləyə biləcəyi təşkilatdır. Bu cür təşkilatlarda həqarət olmamaq şərtilə hər cür fikir söylənə bilər. Ona görə də hər kəs burada edilən çıxışlara hörmətlə yanaşmalıdır". 

Sabiq nazir qeyd edib ki, əgər söhbət demokratik təşkilatdan gedirsə, o zaman Avropa Şurası Səməd Seyidova qarşı bu cür qərar qəbul etməməli idi:

"Avropa Şurası hər bir insanın fikirlərinə dözümlülük nümayiş etdirməlidir, hörmət bəsələməlidir. Əks halda onun adı nə üçün demokratik qurum olmalıdır?".

Orxan Bəşirov
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Fatmayıda OĞURLUQ - 8 manatlıq qızıl və...

Fatmayı qəsəbəsində oğurluq olub.   Sfera.az DİN-ə istinadən xəbər verir ki, Fatmayı qəsəbəsində evlərin birindən 8000 manat pul və 8000 manat dəyəri...

AQEM-in Baş katibi: "COP29-da qəbul ediləcək qərarlar təşkilat daxilində inkişaf edəcək"

COP29-da qəbul ediləcək qərarlar təşkilat daxilində inkişaf edəcək.   Sfera.az xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri...

Bu MMC-yə aid yük maşını QƏZA TÖRƏTDİ - Bir nəfər öldü

Bakıda yük maşını ilə minik avtomobili toqquşub, ölən var.   Sfera.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti ilə C.Həsənov...

Azərbaycanda tanınmış prodüserin qızı VƏFAT ETDİ - FOTO

Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib.   Sfera.az "Axşam.az"a istinadən xəbər verir ki, 31 yaşı olan Nərmin uzun mü...

Kayrat Sarıbay: "Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir"

Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir.   Sfera.az xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət ...

Ombudsman Başlıbel faciəsi ilə bağlı paylaşım ETDİ

"Ermənistanın Azərbaycana qarşı nifrət zəminində həyata keçirdiyi soyqırımı və işğalçılıq siyasəti tarix boyu minlərlə günahsız azərbaycanlının amansızlıql...