Türkiyənin məşhur müğənnisi cinsiyyətini dəyişdirən Neslihanla evlənir - VİDEO

Türkiyənin məşhur müğənnisi cinsiyyətini dəyişdirən Neslihanla evlənir - VİDEO

Türkiyəli müğənni Sevda Demirel əməliyyatsız cinsiyyətini dəyişdirən Neslihan Doğrusöz ilə evlənir.

Ucankus.com xəbər verir ki, bir aydır sevgili olan cütlük ailələrinin tanış olacağını bildirib.  

Sevda Demirel cinsiyyəti ilə birlikdə adını da Doruk olaraq dəyişdirən Neslihana ilk görüşdən aşiq olduğunu deyib: 

 

"Dorukun ilk dəfə şəklini görəndə onun yaraşıqlı olduğunu dedim. Amma sevgimi ona deyə bilmədim. Həyatımda ilk dəfə belə bir hiss yaşadım. Çox yaraşıqlı biridir.

Niyə də evlənməyək? Sabah anam Doruk və ailəsi ilə tanış olmaq üçün gələcək. Ailələr birlikdə yemək yeyəcək”.

"Türk xalqının sizə olacaq münasibətindən qorxmursunuz?” sualına müğənni bunun onun üçün önəmli olmadığını qeyd edib:

"Türk xalqının nə fikirləşəcəyi vecimə deyil. Onlar bir çox şeyləri qəbul edib. Selin Ciğerci və Rüzgar Erkoçlar necə evləndi? Bizim üçün də hər hansı problem olmaz”.

Xatırladaq ki, Neslihan "İşte benim stilim” yarışması ilə tanınıb. Sevda Demirelin Los-Ancelesdə yaşayan bacısı oğlu Brendon Demirel üç ildir eşq yaşadığı həmcinsi Denni Karrasko ilə evlənib. (oxu.az)


 


 


OXŞAR XƏBƏRLƏR