Türkiyənin İnönü Universitetində Xocalı ilə bağlı tədbir keçirilib

Türkiyənin İnönü Universitetində Xocalı ilə bağlı tədbir keçirilib

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Türkiyənin Malatya şəhərində İnönü Universitetində Uluslararası Tələbə Topluluğunun təşkilatçılığı ilə Xocalı Soyqırımına həsr olunmuş rəsm sərgisi,stend və konfrans təşkil olunub. Sfera.az saytına məlumat verən təşkilatçılar qeyd ediblər ki,konfransda rəsm sərgisi və stenddə Xocalıda baş vermiş vəhşiliklər haqqında informasiya öz əksini tapıb.Tədbirə İnönü Universitetində təhsil alan çox sayda   Türkiyə, Azərbaycan və Türkmənistandan olan tələbələr qatılıb. Konfrans Xocalıda qətl edilən həmvətənlərimizin ruhuna bir dəqiqəlik sükutla başlayıb.Bundan sonra Türkiyə və Azərbaycan himnləri səsləndirilib və  İnönü Universitetinin Müəllimi Prof.Dr Mesut Aydın Xocalı soyqırımı ilə əlaqədar çıxış edərək belə bir soyqırımın tək Azəri türklərinə deyil  bütün insanlığa qarşı olunan cinayət olduğunu bildirib. Çıxışında 1918-ci il qurulan Azərbaycan Cumhuriyyətindən indiyənə qədər ermənilərlə yaşanan problemlərə toxunaraq, tarix boyu ermənilərin Türklərə etdikləri vəhşiliklərdən bəhs edib.

Programın təşkilatçıları Əli Musayev,Araz Hüseynov, Fərid Vəzirov və Günel İsayeva Xocalı soyqırımını bütün dünyaya çatdırmaq və bu soyqırımı edənlərin cəzalarına çatmaları üçün üçün əllərindən gələni edəcəklərini bildiriblər. 










DİGƏR XƏBƏRLƏR