Dünya

Türkiyənin II "Barış bulağı" hazırlıqları Rusiyada etirazla qarşılandı - GENERALDAN AÇIQLAMA

Türkiyənin II
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Suriyanın şimalında hərbi əməliyyatların bərpa oluna biləcəyi ilə bağlı dedikləri Rusiya Müdafiə Nazirliyinin təəccübünə səbəb olub.

Sfera.az-ın məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib ki, hərbi əməliyyatların yenidən bərpa edilməsi Suriyanın şimalında vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər.

"Türkiyə XİN başçısının hərbi əməliyyatların bərpa oluna biləcəyi ilə bağlı bəyanatı Rusiya və Türkiyə prezidentlərinin imzaladıqları birgə memorandumda qeyd olunduğu kimi nizamlanmaya deyil, ancaq Suriyanın şimalında vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər”, - deyə İ. Konaşenkov qeyd edib.

Xatırladaq ki, M. Çavuşoğlu ABŞ və Rusiyanı Suriya ilə bağlı razılaşmanın tələblərini yerinə yetirməməkdə qınayıb. Nazir bildirib ki, ərazi terrorçulardan təmizlənməyəcəyi təqdirdə, yenidən hərbi əməliyyatlar başlaya bilər.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031