Türkiyəli müğənni xərçəngdən əziyyət çəkən azərbaycanlı üçün konsert verəcək
20:00 / 04.12.2019
4114
Türkiyəli müğənni Haluk Levent Azərbaycan tərəfinin Bakıda xeyriyyə konserti vermək təklifinə cavab verib.
Sfera.az xəbər verir ki, rok ifaçısı verəcəyi konsertdən toplanan vəsaiti "leykemiya” xəstəsi olan bir qızın müalicəsinə ayıracaq.
Haluk şəxsi "Twitter” hesabında bununla bağlı məlumat paylaşıb.
"Bir neçə gün öncə Azərbaycandan bir təklif aldım, tərəddüd etmədən qəbul etdim. Azərbaycan zəngimə cavab verdi və Surə Nadirovanın sağalması üçün bütün səylər göstərdi. Komandamız Bakıya dəvət olundu. "Nargis Fondu”nun dəstəyi ilə dekabrın 7-də "Elektra Events Hall”da konsert verəcəyəm. Bütün Azərbaycan xalqını gözləyirəm. Surə xilas olacaq”, - deyə Haluk qeyd edib. (oxu.az)