Türkiyəli ekspert: “Petkim” koronavirusla mübarizədə xammal istehsalında önəmli rol oynayır

Türkiyəli ekspert: “Petkim” koronavirusla mübarizədə xammal istehsalında önəmli rol oynayır
 

Yeni növ koronavirus infeksiyasının (COVİD-19) yayılması ilə bir çox sahələr ciddi zərərlə üzləşib. Lakin bəzi sahələrdə isə istehlakın artması müşahidə olunur və müəssisələr bu tələbatın ödənilməsi üçün istehsalını artırmağa çalışır.

"Damnus Energy & Investment Inc."in İdarə Heyətinin sədri Nüsrət Cömərt "Report”a bildirib ki, koronavirus (COVİD-19) pandemiyası turizm, avtomobil, hava nəqliyyatı,ictimai iaşə və xidmətlər sektorlarına mənfi təsir göstərsə də, qida, səhiyyə və tibbi ləvazimatlar, informasiya texnologiyaları kimi sektorlara müsbət təsir göstərəcək. Onun sözlərinə görə, bu isə neft-kimya sektorunun bu sahələrdəki rolunu artıracaq.

Məlumatlara görə, dünya plastik sənayesi yeni növ koronavirus infeksiyası ilə mübarizədə ön sıralardadır. Türkiyədə də koronavirusun yayılması səbəbindən tibbi ləvazimatlar, qablaşdırma sahələrində tələbat kəskin artıb. Bu sahələr üçün isə xammalı əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan Türkiyənin yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi "Petkim” təmin edir. Ötən həftə "Petkim”in baş direktoru Anar Məmmədov Türkiyə KİV-inə müsahibəsində daxili tələbatın ödənilməsi üçün qablaşdırma, birdəfəlik istifadə olunan plastik və tibbi ləvazimatlar üçün xam maddə istehsalının artırıldığını bildirmişdi: "Xam maddə ilə təmin etdiyimiz plastik sektoru xəstələrin müalicəsi və tibbi heyətin qorunması üçün lazımi avadanlıqların istehsalını həyata keçirdiyinə görə xammalla bağlı problem yaşamamalıdır. Buna görə də bu müddətdə yerli istehsalçıların xammal tələbini ödəmək üçün fasiləsiz çalışırıq”.

Baş direktor daha çox istifadə edilən tibbi maska və tibbi geyimlərin parçasının istehsalında istifadə olunan "polipropilen nonwoven” məhsuluna olan tələbatın tamamilə qarşılandığını qeyd edib.

Nüsrət Cömərd bildirib ki, "Petkim” hazırkı vəziyyətdə önəmli rol oynayır: "Çünki həm geosiyasi, həm də logistika baxımından çox əlverişli mövqedədir”.

Ekspertin bu sahələrlə bağlı SOCAR-a təklifi də var: "SOCAR neft hasilatı, nəqli, emalı və neft-kimya məhsulları istehsalında yəni, "upstream", "midstream" ve "downstream" sahələrində inteqrasiya yaradıb. Bu inteqrasiyanı tibbi ləvazimatlar, qablaşdırma və buna yaxın sahələrdə istehsala daxil olaraq bu sahələri daha da inkişaf etdirməklə yarada, böyüməkdə olan bu sektorda mühüm rol oynaya bilər”. 


OXŞAR XƏBƏRLƏR

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Cavanşir Məmmədovla vida mərasimi KEÇİRİLİR

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.   ...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...