Türkiyədən fransız diplomata xəbərdarlıq

Türkiyədən fransız diplomata xəbərdarlıq
Fransanın Türkiyədəki müvəqqəti işlər üzrə vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.

Sfera.az xəbər verir ki, XİN-də baş tutan görüş zamanı "Şarli Hebdo” jurnalında yayımlanan təsvirlərin qəbuledilməz olduğu bildirilib və kəskin şəkildə qınanılıb.

Türkiyə tərəfi ifadə azadlığı sərhədlərini aşan bu təsvirlərlə bağlı Fransa hakimiyyət orqanlarının müvafiq siyasi və hüquqi addımlar atacağına ümid etdiyini vurğulayıb.

Digər tərəfdən, son günlər Fransada erməni dairələrinin Türkiyə vətəndaşlarını hədəf alması hadisəsinə diqqət yetirilib. O cümlədən, bu Avropa ölkəsində müsəlmanlara yönəlik hücumlar və ayrı-seçkiliklə bağlı Fransa hüquq-mühafizə orqanlarının tədbir görəcəyinə ümid ifadə edilib.

OXŞAR XƏBƏRLƏR