Türkiyədən ev alan azərbaycanlıların sayıaçıqlandı

Türkiyədən ev alan azərbaycanlıların sayıaçıqlandı

Bu ilin ilk 4 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 374 mənzil, aprel ayı ərzində isə 87 mənzil alıblar.Yeniavaz.comTürkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyədən ev alan azərbaycanlıların sayı artıb. Belə ki, 2018-ci ilin yanvar-aprel aylarında azərbaycanlılar Türkiyədən builkindən 117 mənzil az - 257 mənzil satın alıblar. Bu ilin aprel ayında isə azərbaycanlılar Türkiyədən 87mənzil satın alıblar və bu ötən ilin aprel ayındakı göstəricidən təxminən 19 mənzil çox olub.
Məlumat üçün bildirək ki, xarici ölkə vətəndaşları bu ilin ilk 4 ayı ərzində Türkiyədən ümumilikdə 13 min 485 mənzil satın alıblar. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 6 min 59 mənzil çox olub.
Aprel ayında Türkiyədə ev alan əcnəbilər arasında İraq, Səudiyyə Ərəbistanı, İran, Küveyt, Rusiya, Əfqanıstan, İordaniya, Yəmən, Almaniya, Fələstin, İngiltərə, Misir və Azərbaycan vətəndaşları üstünlük təşkil edib.


OXŞAR XƏBƏRLƏR