Türkiyədən Azərbaycan FETÖ qovluğu

Türkiyədən Azərbaycan FETÖ qovluğu

Türkiyənin Yarqıtay orqanı (ən ali prokurorluq orqanı) Azərbaycanın Baş Prokurorluğuna FETÖ qruplaşmasının buradakı şəbəkələşməsi ilə bağlı sənəd göndərib. Sfera.az xəbər verir ki, Lent.az-ın "Sabah” qəzetinə istinadən məlumatına görə, sənədlər toplusunda TANAP kimi böyük enerji layihəsinin necə hədəfə alındığını göstərən MİT (Milli Kəşfiyyat İdarəsi) hesabatı da var.

Xəbərdə bildirilir ki, Türkiyə ilə rəsmi yazışmalara başlayan Azərbaycanın Baş Prokurorluğu Yarqıtaydan FETÖ ilə bağlı məlumat və sənədləri istəyib. Bundan sonra rəsmi Ankara Azərbaycana aid olan və ya aid ola biləcək sənədləri toplayıb və həmin materiallar Azərbaycana təqdim edilib. Bildirilir ki, təqdim edilmiş sənədlər arasında ən vacibi və maraqlısı MİT-in hazırladığı "FETÖ - Azərbaycan raportu"dur. Bu sənəddə FETÖ-nün beynəlxalq əlaqələrdə necə şəbəkələşdiyi, bu təşkilat üçün ən vacib istinadgahlardan birinin də Azərbaycan olduğu qeyd edilir.
 
MİT-in hesabatında FETÖ-nün Azərbaycan və digər ölkələrlə olan enerji layihələrinin idarəetməsini ələ keçirməyə çalışdığı, TANAP-ın da bu məqsədlə hədəflər arasında olduğu vurğulanıb.
 
Bundan başqa Baş Prokurorluğa daxil olan sənədlər toplusunda FETÖ-nün Azərbaycanda təhsil xidmətləri adı altında ən az 28 qurumunun olduğu və bu məktəblərlə bağlı məlumatlar da var.
 
Qeyd edək ki, rəsmi Bakıya təqdim edilən sənədlər arasında FETÖ üzvü olduğu üçün axtarışa verilmiş və Türkiyənin müxtəlif ölkələrdən deportasiyasına çalışdığı şəxslərin siyahısı da var. Sənəddə həmçinin, 15 iyul hadisələrinə görə tutulan hərbçilərin ifadələrinin xülasəsi var. İfadələrin yekun mahiyyəti çevriliş cəhdi əmrinin Fətullah Gülən tərəfindən verildiyini göstərir. 

 


OXŞAR XƏBƏRLƏR

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...

Yaponiyada pilotsuz hava taksi xidməti istifadəyə veriləcək - FOTOLAR

Yaponiyada 2026-cı ildən hava taksi xidməti fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, Braziliyanın “Embraer-X” aviasiya korporasi...