Türkiyədən Avstriya və Hollandiyaya sərt CAVAB
18:58 / 21.04.2018
15598
Türkiyənin Avropa Birliyindəki təmsilçisi Ömər Çelik Avstriya və Hollandiyanı hədəf alan sərt açıqlamalar verib.
Sfera.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, 24 iyunda ölkədə keçiriləcək prezident seçkiləri öncəsi Hollandiya və Avstraliya baş nazirlərinin verdikləri açıqlamalar qarşı tərəfdən qınaqla qarşılanıb.
Ömər Çelik isə açıqlamasında bildirib ki, həmin hökumət təmsilçilərinin bu qərarı demokratiyaya qarşı atılan addımdır:
"Bununla da onlar ölkələrindəki propoqanda yönümlü fəaliyyətlərini göstərmiş olurlar. Onlar insanların əsas demokratik haqlarnı əngəlləyirlər. Bildirirlər ki, bizim ölkədə demokratiya getdikcə boğulur. Xeyr, belə deyil. Demokratiyanın özünəqarşı atılan bu addımları cavablandırmaq imkanı olsaydı, ilk olaraq bu ikiüzlüləri günahlandırardı. Onların bu addımı Avropa Birliyinə də ziddir”.
Nigar
Sfera.az