Türkiyədən 10 manata alınan mallar Azərbaycanda 50 manata satılır - Səbəblər

Türkiyədən 10 manata alınan mallar Azərbaycanda 50 manata satılır - Səbəblər
Son 2 ildə Türkiyədə milli valyutanın kəskin ucuzlaşmasına baxmayaraq bu ölkədən idxal edilən geyim malları Azərbaycanda olduqca yüksək qiymətə satılır. Türkiyə və Azərbaycanın pərakəndə satış bazarında mövcud olan qiymətlərin müqayisəsi göstərir ki, bir çox geyim növlərində qiymət fərqi 3-4 dəfəyə çatır. "Qardaş ölkə”də 10 manata satılan geyim malları ölkəmizdə 30-40, hətta bəzi hallarda 50 manata satılır.
 
Sfera.az bildirir ki, Azərbaycana idxal edilən geyim mallarının təxminən yarısı Türkiyədən gətirilir. 2021-ci ilin yanvar-may ayları ərzində 100 milyon dollara yaxın geyim malları idxal olunub ki, bunun da 49,1 milyon dolları Türkiyədən alınıb.
 
İqtisadçı-ekspert Nazim Bəydəmirli Sfera.az saytına açıqlamasında bildirdi ki, türk geyim mallarının mənşə ölkə ilə müqayisədə Azərbaycanda bir neçə dəfə baha satılması sahibkarlarla bağlı olan məsələ deyil. Ekspertin fikrincə, qiymətlərdə yaranan kəskin fərq Dövlət Gömrük Komitəsinin fəaliyyəti ilə bağlıdır: "Əgər qiymətlərin formalaşması yalnız biznes adamlarından asılı olsaydı kəskin qiymət fərqi yaranmazdı. Biznes rəqabəti sevir və rəqabət olan yerdə də qiymətlər daha əlverişli olur.
 
Qiymətlərin kəskin fərqlənməsinin yeganə səbəbi gömrük orqanlarının apardığı fiskal siyasətdir. Gömrük Komitəsi proqnoz göstəricilərini artırmaq məqsədilə idxal edilən mallar üzrə bəyannamə qiymətini şişirdir və nəticə etibarilə süni qiymət artımı yaradılır. Buna qarşı sahibkarlar öz etirazlarını vaxtaşırı bildirir. Amma etirazlar nəticə vermir, əksinə, idxal edilən mallar günlərlər, həftələrlə, gömrük anbarlarınada saxlandığından sahibkarların xərcləri artır.
 
Gömrük orqanlarının bu cür davranışı sahibkarların mənfəətlə işləməsini əngəlləyir, faktiki olaraq sahibkarların gələcək gəlirləri gömrükdə öncədən alınır.
Beləliklə, qiymətlərə təsir edən əsas səbəblər dövlətin müəyyənləşdirdiyi tariflərlə bərabər gömrük orqanının apardığı siyasətdir. Çox təəssüf edirəm ki, Azərbaycanda istehsal edilməyən mallar ölkə bazarına daxil olan zaman belə süni maneələri aşmağa məcbur olur”.

N.Bəydəmirli qeyd etdi ki, idxal edilən malların üzərinə gələn vergi, rüsum və digər gömrük xərcləri sonradan vətəndaşlar ödəyir. Ekspert dedi ki, qiymətlər yüksəldikdə vətəndaşlarda narazılıq artır, qiymətlərin yüksək olması ilə bağlı şikayətlər olur.   
 
Vasif
 

OXŞAR XƏBƏRLƏR

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şə...

Cavanşir Məmmədovun cənazəsi evindən belə çıxarıldı - FOTOLAR/VİDEO

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.   Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsas...

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.   Sfera.az-ın məlumatı...

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...