Türkiyədə yol qəzası: 2 ölü, 1 yaralı

Türkiyədə yol qəzası: 2 ölü, 1 yaralı

Türkiyədə yük avtomobili minik maşını ilə toqquşub.

Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, toqquşma nəticəsində Dənizli əyalətinin prokuroru Mustafa Alpər və sürücüsü ölüb, mühafizə polisinin əməkdaşlarından biri isə yaralanıb.

Məlumata görə, hadisə Bozburun yaşayış məntəqəsində baş verib. Yük avtomobilinin sürücüsü hadisə yerindən qaçıb.

Qeyd edilir ki, prokuror və mühafizə polisi əməkdaşları həbsxanaya gedərkən yol qəzası baş verib. 

Sfera.az


OXŞAR XƏBƏRLƏR