Türkiyədə yaşayan azərbaycanlı qızı qaçırdılar - Müge Anlı da işə qarışdı - VİDEO

Türkiyədə yaşayan azərbaycanlı qızı qaçırdılar - Müge Anlı da işə qarışdı - VİDEO
Türkiyədə yaşayan Aytən Hüseynova adlı qızdan bir aydır xəbər yoxdur.

 

 

AZXEBER.COM-a müraciət edən A.Hüseynovanın yaxınlarının sözlərinə görə, Aytən bir neçə ildir ki, Ankarada xarici dil müəlliməsi kimi çalışırmış. Məlumata görə, A. Hüseynovanın sevgilisi tərəfindən qaçırıldığı bildirilir. Belə ki, öncədən tanış olduğu adı məlum olmayan şəxslə münasibəti olan qız bir neçə ay öncə sosial şəbəkədəki hesabında evləndiyini bildiribmiş.

 

 

 

Araşdırmalar nəticəsində A.Hüseynovanın evləndiyi şəxsin adının saxta olduğu ortaya çıxıb. Məsələ ilə bağlı polis araşdırma başlayıb. Bununla yanaşı Türkiyənin tanınmış araşdırmaçı-jurnalisti Müge Anlı da məsələ ilə bağlı araşdırma aparır.

 

 

Müge Anlı sabahdan etibarən qızın ailəsini efirə dəvət edəcəyinin anonsunu verib.


 
 
 
Videoya 41:24-cü dəqiqədən sonra baxa bilərsiniz. 
 

OXŞAR XƏBƏRLƏR