Dünya

Türkiyədə prezidentliyə namizədlərin səs verdiyi qutulardan kimlər birinci çıxdı? – NƏTİCƏLƏR

Türkiyədə prezidentliyə namizədlərin səs verdiyi qutulardan kimlər birinci çıxdı? – NƏTİCƏLƏR
24 iyunda Türkiyədə parlament və prezident seçkiləri keçirildi.
 
Sfera.az xəbər verir ki, Türkiyə prezidentliyinə namizəd olan şəxslərin səs verdiyi seçki məntəqəsində bülleten atdıqları seçki qutusundan kimlərin birinci çıxdığı məlum olub.
 
Nəticələri təqdim edirik:

Ərdoğanın bülleten atdığı qutudan ən çox səsi özü alıb. Qeydiyyatda olan 385 seçicidən 331 nəfəri səsvermə haqqından istifadə edib, 2 səs etibarsız sayılıb.
 
"Cumhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan: 188 səs
CHP-nin namizədi Məhərrəm İncə: 103 
İYİ partiyanın namizədi Meral Akşener: 23
HDP-nin namizədi Səlahəddin Demirtaş: 9
"Səadət” partiyasının namizədi Təməl Karamollaoğlu: 3
"Vətən” partiyasının namizədi Doğu Perinçek: 3 

Yalova vilayətində səs verən CHP namizədi Məhərrəm İncənin səs verdiyi qutuda qeydiyyatlı 380 seçicidən 339 nəfəri səsvermə haqqından istifadə edib, 339 səs etibarlı sayılıb:

Rəcəb Tayyib Ərdoğan: 167
Məhərrəm İncə: 144
Meral Akşener: 23
Səlahəddin Demirtaş: 4
Təməl Karamollaoğlu: 0
Doğu Perinçek: 1

Seçkidə prezidentliyə namizəd olmayan CHP lideri Kamal Kılıçdaroğlu və MHP lideri Dövlət Bahçelinin səs verdiyi qutuda isə ən çox səs CHP namizədi Məhərrəm İncəyə verilib.

Prezidentliyə namizəd İYİ partiya lideri Meral Akşenerin qutusundan isə Ərdoğan qalib çıxıb:

Rəcəb Tayyib Ərdoğan: 175
Məhərrəm İncə: 115
Meral Akşener: 32
Səlahəddin Demirtaş: 2
Təməl Karamollaoğlu: 0
Doğu Perinçek: 2

"Vətən” partiyasının lideri Doğu Perinçekin səs verdiyi qutuda ən çox səsi 261 bülletenlə CHP namizədi Məhərrəm İncə yığıb.
 
Rəcəb Tayyib Ərdoğan: 29
Məhərrəm İncə: 261
Meral Akşener: 0
Səlahəddin Demirtaş: 3
Təməl Karamollaoğlu: 0
Doğu Perinçek: 6

"Səadət” partiyasının lideri Təməl Karamollaoğlunun səs verdiyi qutuda 312 səsdən 3-ü etibarsız sayılıb.
 
Rəcəb Tayyib Ərdoğan: 252
Məhərrəm İncə: 37
Meral Akşener: 14
Səlahəddin Demirtaş: 3
Təməl Karamollaoğlu: 2
Doğu Perinçek: 1

Ən maraqlı nəticə isə HDP lideri Səlahəddin Demirtaşın səs haqqından istifadə etdiyi Ədirnə şəhəri F tipi həbsxanada qeydə alınıb. 164 seçicidən 162 nəfəri səs haqqından istifadə edib:

Rəcəb Tayyib Ərdoğan: 0
Məhərrəm İncə: 87
Meral Akşener: 37
Səlahəddin Demirtaş: 35
Təməl Karamollaoğlu: 0
Doğu Perinçek: 0
 
Rəsul
Sfera.az

AdRiver

XƏBƏR LENTİ