Türkiyədə növbəti terror

Türkiyədə növbəti terror

Bu gün yerli vaxtla saat 8:05 radələrində (Bakı vaxtilə 9:05) Türkiyənin Adana şəhərində partlayış törədilib.
Sfera.az Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, şəhər valiliyinin avtomobil dayanacağında baş verən partlayış nəticəsində 2 nəfər həlak olub, 16 nəfər yaralanıb. Həmçinin yaxınlıqdakı avtomobillərə və valiliyin binasına ziyan dəyib. Hadisə yerinə çoxlu sayda təcili yardım briqadaları və yanğınsöndürənlər cəlb olunub.
Adana valisi Mahmud Dəmirtaşın sözlərinə görə partlayışın bir qadın tərəfindən törədildiyi ehtimal olunur. İçərisinə bomba qoyulmuş avtomobilin valiliyin giriş qapısının yaxınlığında partladıldığı bildirilir.


OXŞAR XƏBƏRLƏR