Azərbaycanlı qadın qonaq getdiyi evdə öldürüldü, ev sahibi isə... - Türkiyədə tükürpədən hadisə

Azərbaycanlı qadın qonaq getdiyi evdə öldürüldü, ev sahibi isə... - Türkiyədə tükürpədən hadisə
Türkiyədə azərbaycanlı qadın qonaq getdiyi evdə öldürülüb.
 
Sfera.az bildirir ki, hadisə Nevşehir vilayətinin Avanos bölgəsində qeydə alınıb. Belə ki, 2 uşaq anası Tarhana Yaman dünən Duran A. adlı şəxslə görüşmək üçün sözügedən əraziyə gedib. Bir neçə saat keçməsinə baxmayaraq, yaxınları Yamandan xəbər ala bilməyiblər və həmin evə üz tutublar. Onlar qapısı açıq halda buraxılan evə girərkən 45 yaşlı qadını ov tüfəngi ilə vurulmuş halda tapıblar. 

Hadisə yerinə polis və təcili yardım gəlib. Tarhananın öldüyü müəyyənləşdirilib.

Polislər ev sahibi Duran A.-nı axtarmağa çalışarkən gözlənilməz hadisə ilə üzləşiblər. Onlar adıkeçən şəxsin səhər saatlarında Kayserinin Kocasinan mahalının Yemliha qəsəbəsində qatarın altında qalaraq öldüyünü təyin ediblər.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

Günay Rəsulqızı
Sfera.az



OXŞAR XƏBƏRLƏR