Türkiyədə koronavirusa yoluxan azərbaycanlıların sayı açıqlandı
21:15 / 09.04.2020
4416
"Bizdə olan rəsmi məlumatlara görə, indiyədək Türkiyədə 3 Azərbaycan vətəndaşı koronavirusa yoluxub”.
Sfera.az xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim ARB24 telekanalına açıqlamasında deyib.
Onun sözlərinə görə, həmin şəxslərdən ikisi artıq evə buraxılıb: "Çünki onların vəziyyətləri tam qənaətbəxşdir. Bir nəfər isə hələ ki xəstəxanadadır. Amma onun da vəziyyəti normaldır”.