Türkiyədə kömür mədəni çökdü - Torpaq altında qalanlar var

Türkiyədə kömür mədəni çökdü - Torpaq altında qalanlar var
Türkiyənin Muğla vilayətində kömür mədənində çökmə hadisəsi baş verib.
 
Sfera.az türk mediasına istinadən xəbər verir ki, çöküntülər altında, ilkin məlumata görə, 3 mədənçinin qaldığı bildirilir.

Hazırda onların xilas edilməsi istiqamətində operativ iş aparılır.

 

Qeyd edək ki, bir müddət öncə Türkiyənin Energetika və Təbii Ehtiyatlar Nazirliyindən ölkə mədənlərində təhlükəsizliyin təmin edilməsi məsələləri ilə bağlı nəzarətin gücləndiriləcəyi barədə bildirmişdilər.



OXŞAR XƏBƏRLƏR