Hadİsə

Türkiyədə itkin düşən dənizçilərdən 2-nin meyiti tapıldı

Türkiyədə itkin düşən dənizçilərdən 2-nin meyiti tapıldı
Türkiyədə gəmidə baş verən qəza zamanı itkin düşən dənizçilərdən iki nəfərin meyiti tapılıb.

Dövlət Dəniz Agentliyindən Sfera.az-a verilən məlumata görə, Türkiyənin Samsun şəhəri yaxınlığında "Volgabalt 214” gəmisində baş verən qəzanın nəticələrinin aradan qaldırılması və itkin düşən dənizçilərin axtarışı ilə bağlı müvafiq qüvvələr hadisə yerinə cəlb olunub. 

Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi hadisə baş verən andan fasiləsiz olaraq Türkiyənin Samsun şəhərinin Dəniz Axtarış Xilasetmə Mərkəzi ilə əlaqə saxlayır. 

Son məlumata əsasən həyata keçirilən axtarış – xilasetmə tədbirləri nəticəsində itkin düşən dənizçilərdən 2 nəfərin meyiti tapılaraq sudan çıxarılıb. Hazırda dənizçilərin şəxsiyyətinin müəyyən oluması prosesi həyata keçirilir. 

İctimaiyyətə ətraflı məlumat veriləcək. 

Qeyd edək ki, yanvarın 7-də Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən "Volgabalt 214” gəmisi qəzaya uğrayıb. Gəmidə olan 13 nəfərdən 9-u sahilə çıxarılıb. Gəminin ekipaj üzvlərindən biri Azərbaycan vətəndaşı gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu həlak olub və onun meyiti sudan çıxarılıb. Azərbaycan vətəndaşı – gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun axtarışları isə davam etdirilir. 

XƏBƏR LENTİ

«    İyun 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930