Türkiyədə isti və küləkli hava yanğınları şiddətləndirdi – FOTO
23:30 / 02.08.2021
2290
Türkiyənin altı bölgəsində 13 meşə yanğını ilə mübarizə davam edir.
//
Sfera.az xəbər verir ki, bu barədə ölkənin əkin və meşə təsərrüfatı naziri Bəkir Pakdəmirli özünün "Twitter” səhifəsində məlumat verib.
Onun sözlərinə görə, hazırda yanğınların lokallaşdırılması işinə 16 təyyarə, 9 PUA, 51 helikopter, minə yaxın digər texnika və 5200 yanğınsöndürən cəlb edilib.
Bütövlükdə isə son 6 gündə 32 bögədə 137 yanğın ocağı nəzarət altına alınıb.
#OrmanınKahramanları’nın 6 ilde, 13 farklı yangınla olan mücadelesi devam ediyor.
— Dr. Bekir Pakdemirli (@bekirpakdemirli) August 2, 2021
An itibarıyla devam eden yangınlarda toplam 16 uçak, 9 İHA, 51 helikopter, 1 insansız helikopter, 805 arazöz ve su tankeri, 150 iş makinası ile 5200 personelimiz görev yapıyor. pic.twitter.com/XVLnguJbEa
//