Texnologİya

Türkiyədə istehsal olunan yeni döyüş texnikası ordunun sərəncamına verildi

Türkiyədə istehsal olunan yeni döyüş texnikası ordunun sərəncamına verildi

Türkiyədə yeni istehsal olunan təkərli zirehli döyüş texnikası Silahlı Qüvvələrin sərəncamına verilib.

Yeni döyüş texnikası silah və müasir müdafiə avadanlığı ilə təchiz olunub. Bundan başqa, yeni texnika hədəfləri dəqiq vurmaq və döyüş şəraitində yüksək sürətlə hərəkət etmək imkanına malikdir.

Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunlarının arsenalına bu texnikadan birinci mərhələdə 20-sinin verilməsi nəzərdə tutulur. Zirehli maşını 9 nəfərlik heyət idarə edəcək.(AzərTAc)

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30