Türkiyədə ikimərtəbəli qəbirlər hazırlanır - FOTO

Türkiyədə ikimərtəbəli qəbirlər hazırlanır - FOTO

Türkiyənin İzmir şəhərində birinci dərəcəli qohumlar üçün ikiqat qəbirlər inşa edilir.


Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İzmirin böyükşəhər bələdiyyəsi yazılı açıqlama verib.

 

Açıqlamasında Kavaklıdere kəndinin məzarlıq sahəyə olan ehtiyacını ödəmək üçün yeni qəbir yerlərinin hazırlanmasında ikimərtəbəli məzarlıqların düzəldildiyini bildirib.

 

Mart ayının sonunda tamamlanacaq 29 min kv.metr sahəyə malik Kavaklıdere məzarlığında 2472 ədəd ikimərtəbəli qəbrlər olacaq. Artıq bu sahədə bir çox işlərin tamamlandığı da qeyd edilib.

 

Bundan başqa verilən açıqlamada 13 min kv.metr sahədə 1073 tutuma malik Torbalı Pamukyazı məzarlığının da birinci dərəcəli qohumlar üçün ikimərtəbəli hazırlandığı, 42 qəbrin ailə, 49 qəbirin uşaqlar üçün nəzərdə tutulduğu qeyd edilib.



 

Firuzə Alimova / Sfera.az


OXŞAR XƏBƏRLƏR