Türkiyədə helikopter qəzasında həlak olanların sayı 11-ə çatdı - YENİLƏNDİ

Türkiyədə helikopter qəzasında həlak olanların sayı 11-ə çatdı - YENİLƏNDİ
Türkiyədə hərbi helikopter qəzasında daha bir nəfər həyatını itirib.

Sfera.az Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, qəzada yaralanan hərbçilərdən daha birinin həyatını xilas etmək mümkün olmayıb.

Bununla qəza nəticəsində həlak olanların sayı 11 nəfərə yüksəlib.
 
 
***

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.

Sfera.az xəbər verir ki, bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində doqquz əsgər şəhid olub, dördü yaralanıb.

Hadisə Bitlisin Tatvan rayonunda, Nemrud dağının ətəklərində, yerli vaxtla 17.30-da qeydə alınıb. Qəzanın səbəbi hələlik bilinmir. Ancaq bölgədə duman olduğu qeyd edilir.

Nazirlikdən bildirilib ki, yaralı hərbçilərin xəstəxanlara yerləşdirilməsi ilə bağlı işlər davam etdirilir.  
 

OXŞAR XƏBƏRLƏR