Türkiyədə hərbçilərin avtobusunun partladılması nəticəsində ölənlərin sayı 14-ə çatıb - YENİLƏNİB

Türkiyədə hərbçilərin avtobusunun partladılması nəticəsində ölənlərin sayı 14-ə çatıb - YENİLƏNİB

Kayseridə törədilən partlayış nəticəsində ölənlərin sayı 14-ə çatıb.

 

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. Nazir partlayışla bağlı 7 nəfərin saxlandığını, 5 nəfərinsə axtarıldığını deyib.

***

12.09

Türkiyə Silahlı Qüvvələri Kayseridə törədilən partlayışla bağlı açıqlama yayıb.

 

APA-nın xəbərinə görə, hadisə nəticəsində 13 hərbçi ölüb, 48-i yaralanıb. Mülki şəxslər arasında da yaralıların olduğu bildirilir.

 

Son məlumatda yaralı sayının 55 olduğu açıqlanıb.


OXŞAR XƏBƏRLƏR