Türkiyədə gündəlik yoluxma sayı 14 mini ötdü
20:56 / 25.07.2021
982
Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb.
Sfera.az ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son sutkada 55 nəfər koronavirusun qurbanı olub.
Son 24 saatda 223 min 837 COVID-19 testi aparılıb ki, bunun da 14 min 230-u müsbət çıxıb. Eyni zamanda, 5 min 211 xəstə sağalıb.