Türkiyədə daha bir rayonda seçkilərin nəticələri ləğv edildi: mandat AKP namizədinə verildi
Dünya
16:40 / 12.04.2019
2578
Türkiyənin Ali Seçki Komissiyası (ASK) Diyarbəkir vilayətinin Bağlar rayonunda seçkilərin nəticələrini ləğv edib.
Seçkilərin qalibi olmuş Xalqların Demokratik Patiyasının (HDP) namizədi Zeyyat Ceylana mandat verilməyib. O, qanuni hökm daşıyan fərmanla bələdiyyə sədrliyindən ixrac edildiyi üçün mandatı verilməmişdi.
ASK Z. Ceylanın həmin fərmanla ixrac edildiyini əsas gətirərək seçkilərdə namizədliyini ləğv edib. ASK mandatı 25 faiz səslə ikinci olan Ədalət və İnkişaf Partiyasının namizədinə vermək qərarına gəlib.