Türkiyədə daha bir dəhşətli partlayış — 2 terrorçu öldürüldü - 11 yaralı
İzmirdə baş verən partlayışda yaralananların sayı 11-ə çatıb.
Yaralılardan biri polis əməkdaşıdır.
Son məlumata görə, iki terrorçu zərərsizləşdirilib.
Daha bir terrorçu isə hadisə yerindən qaça bilib.
Təhlükəsizlik məqsədi ilə məhkəmə işçiləri binadan çölə buraxılmır
Hazırda həmin terrorçunun tapılması üçün əməliyyat keçirilir.
***
Ərazidə iki terrorçunun olduğu, birinin öldürüldüyü bildirilib.
Hadisə yerində 2 terrorçu zərərsizləşdirilib. Digəri ilə isə polis əməkdaşları arasında atışma gedir.
İddiaya görə, bomba yüklü avtomobil ilə diqqətləri cəlb edib.
Ədliyyə binasının içinə hücum planı təşkil edilib.
Polis əraziyə gələn bütün yolları bağlayıb.
Qara paltolu, ağ papaqlı 165-170 sm hündürlükdə olan bir şübhəli şəxsin saxlanılması üçün polis hərəkətə keçib.
Partlayışın baş verdiyi ərazidə şübhəli bir bağlama da tapılıb.
Hadisə nəticəsində 7 nəfər yaralanıb.
Ərazidə geniş miqyaslı əməliyyat başlayıb.
***
Verilən xəbərə görə, bomba yüklü avtomobilin yanında bir terrorçu cəsədi var.
Terrorçunun yanında avtomat silah da var.
Digər bir terrorçu isə hadisə yerindən qaçarkən polis tərəfindən zərərsizləşdirilib.
İlkin məlumatlara əsasən, 3 nəfər yaralanıb, bir çox avtomobilə ziyan dəyib.
Ədliyyə binası təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.
***
İzmirin Ədliyyə binasının C qapısı qarşısında bir avtomobil partladılıb.
Hadisə yerinə təcili tibbi yardım maşınları və yanğından mühafizə idarəsinin yanğınsöndürənləri cəlb edilib.
Verilən məlumata əsasən bir terrorçu öldürülüb.
Çoxlu sayda yaralının olduğu xəbər verilir
***
İzmirdə böyük partlayış olub.
Sfera.az xəbər verir ki, İzmirdə Ədliyyə binası yaxınlığında böyük partlayış olub.
Hadisə yerində bir avtomobil də yanıb.
Əraziyə çoxsaylı təcili tibbi yardım maşınları cəlb edilib.(ölkə.az)