Türkiyədə daha 2 terrorçu zərərsizləşdirildi
17:49 / 04.08.2021
1040
Türkiyənin cənub-şərqindəki Siirt vilayətində keçirilən antiterror əməliyyatı nəticəsində 2 nəfər zərərsizləşdirilib.
Sfera.az-ın məlumatına görə, onlar PKK terror təşkilatına mənsub olublar.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyi bildirib.
Nazirliyin rəsmi məlumatına görə, bölgədə davam etdirilən "Ərən-13" antiterror əməliyyatları çərçivəsində təhlükəsizliyin təmin olunmasına jandarm xüsusi qüvvələri, PUA-lar, eləcə də Hərbi Hava Qüvvətlərinə məxsus helikopterlər nəzarət edir.
Aysel
Sfera.az