Türkiyə yeni prezident idarəçiliyi sisteminə keçəcək

Türkiyə yeni prezident idarəçiliyi sisteminə keçəcək
Türkiyə Konstitusiyasına dəyişikliklərin mahiyyəti məlum olub. Türkiyənin "Hürriyyet” qəzetində yer alan xəbərə görə, hökumətin iki gün əvvəl MHP-yə göndərdiyi konstitusiya dəyişikliyi layihəsi açıqlanıb. AKP-nin MHP-yə təqdim etdiyi konstitusiya dəyişikliyi paketi 30 maddədən ibarətdir. Sənəddə yalnız hökumət sistemində ediləcək dəyişikliklər yer alıb.
Paket artıq araşdırılıb və məlum olub ki, yeni konstitusiyada Türkiyənin unitar dövlət sistemi qorunub saxlanır. Bundan başqa parlamentdə indiki quruluş qalacaq, yəni iki palatalı parlamentə keçilməyəcək. Daha əvvəl iddia olunduğu kimi Senat yaradılması nəzərdə tutulmur.
Dəyişikliklər paketinə əsasən, Türkiyə Prezident üsul-idarəsinə 2019-cu ildə rəsmən keçəcək. Türkiyə prezidentinin iki müavini – vitse-prezident olacaq. Yeni qanuna görə, Türkiyə prezidenti 5 il müddətinə iki dəfə seçilə biləcək.
Prezidentliyə namizədi isə parlament partiyaları irəli sürəcək. Ancaq eyni zamanda parlament seçkilərində 5 faizdən çox səs alan, ancaq parlamentə girə bilməyən (Türkiyədə proporsional seçki sisteminə əsasən yalnız 10 faiz səs alan partiyalar parlamentə daxil ola bilir – K.R) partiyaların və eləcə də vətəndaş qruplarının imza toplayaraq namizəd irəli sürməsi təklifi də var.  
Yeni qanun layihəsində prezidentin səlahiyyətləri də müəyyən olunub. Türkiyənin yeni prezidenti Baş Qərargah Rəisi, MİT (Kəşfiyyat) rəhbəri, universitet rektorları da daxil olmaqla ali vəzifədəki dövlət məmurlarını təyin edəcək. Bundan başqa qanun layihəsində prezidentin Konstitusiya Məhkəməsi və HSYK (Hakimlər və Prokurorlar Ali Qurumu) üzvlərinin yarısını təyin etmək səlahiyyəti olacaq. Bundan başqa ölkə prezidenti icra hakimiyyəti fəaliyyət sahəsinə daxil olan mövzularla bağlı "prezident qərarnaməsi” verə biləcək. Ancaq prezidentin təməl hüquqlar və azadlıqlar mövzusunda sərəncam vermək hüququ olmayacaq.
Yeni qanunvericiliyə əsasən prezidentin impiçmenti, yaxud da təftiş olunması məsələsi də yer alıb. Belə ki, parlamentin 367 üzvünün (550 üzvlük parlamentdə 3/2 çoxluq) imzası ilə prezidentə qarşı istintaq başladıla bilər. Prezidentin işinin "Ali divan”a çıxarılması üçünsə 413 deputatın imzası lazım olacaq.
Hələlik MHP-nin bu təkliflərə münasibəti bəlli deyil. Ancaq partiya sədri AKP-nin prezidentlik sisteminə keçidlə bağlı müzakirələrə "yaşıl işıq” yandırıb. Çox güman ki, hökumətin də bəyan etdiyi kimi dəyişikliklər layihəsi ilə tanış olduqdan sonra MHP öz düzəliş və dəyişiklik təkliflərini verəcək. Eyni zamanda parlament müzakirələrində hökumət çox güman ki, MHP ilə razılaşmaya gedəcək. 
Qeyd edək ki, Türkiyənin mövcud qanunvericiliyinə əsasən konstitusiya dəyişikliyi üçün parlamentdə üstün çoxluq tələb olunur. Ancaq indi belə görünür ki, hökumət dəyişiklikləri referanduma çıxarmaqda maraqlıdır. Çünki Konstitusiya dəyişikliklərinin referendum yolu ilə qəbul olunması həm cəmiyyətdə narazılıqları sakitləşdirər, hökumətə qarşı ittihamları yatırdar, həm də siyasi cəbhədə mübahisələrə son qoyar. İki gün əvvəl baş nazir Binali Yıldırım AKP məclis üzvləri qarşısında çıxışında deyib ki, müxalifət bu mövzuda danışıqlara qatılmalı və layihə referenduma - xalqın müzakirəsinə çıxarılmalıdır: "Qoy seçimi xalq etsin”, – deyə baş nazir qeyd edib. Hazırda Türkiyədə hakim partiyanın, xüsusən də prezident Ərdoğanın nüfuzunun yüksək olması onu deməyə əsas verir ki, referenduma çıxarılacağı təqdirdə müsbət nəticə çıxacaq. Bu səbəbdən də indi hökumət rahatdır, sadəcə əsas məsələ parlamentdəki ciddi mübahisələrdən adlayıb, layihəni referenduma çıxarmaq lazımdır. Bu yolda isə artıq MHP-nin dəstəyi var, görünən odur ki, növbəti mərhələ referendum olacaq./musavat.com/

OXŞAR XƏBƏRLƏR

Bakıda taxta bazarı YANIR - YENİLƏNDİ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə yanğın...

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...