Türkiyə XİN Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə BƏYANAT YAYDI

Türkiyə XİN Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə BƏYANAT YAYDI

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə bəyanat yayıb.

Sfera.az Trend-ə istinadən məlumatına görə, bəyanatda qeyd olunur:

"Ermənistan silahlı birləşmələri tərəfindən 1992-ci il 26 fevral tarixində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Xocalı şəhərinə hücum edilərək 106-sı qadın, 63-ü uşaq, 70-si yaşlı olmaqla 613 Azərbaycan vətəndaşı qətlə yetirilib. 1275 nəfər girov götürülüb, 150 nəfərin aqibəti bu günə qədər məlum deyil. Hələ də Azərbaycan torpaqlarının 1/5-i işgal altındadır, bir milyondan çox azərbaycanlı qardaşımız qaçqın və məcburi köçkün həyatı yaşayır.

Türkiyə olaraq, azərbaycanlı qardaşlarımızın 25 il əvvəl Xocalıda qarşılaşdıqları bu dəhşətin ağrı-acısını hər zaman qəlbimizdə hiss edirik və bu kədərə şərikik. Bu insanlıq faciəsində günahı olanlar tarix qarşısında cavab verəcəklər. Ermənistan silahlı birləşmələri tərəfindən törədilən bu qətliamı və Azərbaycan torpaqlarının illərdir davam edən işgalını şiddətlə qınayırıq. Bu faciədə həlak olanlara Allahdan rəhmət diləyirik".


OXŞAR XƏBƏRLƏR