Dünya

Türkiyə XİN-dən ABŞ-a səyahət xəbərdarlığı: Təhlükəlidir

Türkiyə XİN-dən ABŞ-a səyahət xəbərdarlığı: Təhlükəlidir
 Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ-a səyahət edən vətəndaşlarına xəbərdarlıq edib.

Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazirliyin yaydığı açıqlamada ABŞ-da terror hücumlarının, şiddət hadisələrinin və səbəbsiz həbslərin sayının artdığı bildirilib.

ABŞ-da baş verən bombalı və silahlı terror hadisələri ilə yanaşı avtomobillərin kütlənin üzərinə sürülməsi ilə nəticələnən hücumların şəhər mərkəzlərində, mədəniyyət ocaqlarında, metro stansiyalarında, ictimai binalarda, ibadət yerlərində, hətta məktəb binalarında belə təşkil edilməsi ehtimal edilir.

Ohayo Universitetinin tələbə şəhərciyinə, "Forth Lauderdale-Hollywood" hava limanına, Minnesota əyalətində yerləşən "Dar Al-Farooq" məscidinə, Teqzasdakı kilsələrin birinə edilən hücumlar, Şarlotsvil və Nyu-Yorkda avtomobillərin sıxlığın üzərinə sürülməsi ilə baş verən hadisələr və ən son Nyu-York metrosunda təşkil edilən terror hadisələri ABŞ-da terrorizmin, irqçi cinayətlərin artmasına nümunədir.

"Bundan başqa, etibarlı mənbələrin verdiyi məlumata görə, ABŞ-a səfər edən vətəndaşlarımız səbəbsiz olaraq saxlanılır. Məhkəmələr saxlanılan vətəndaşlarımızın barəsində FETÖ terror qruplaşmasının üzvləri və ya tərəfdarlarının əsassız iddiaları və böhtanları əsasında ədalətli olmayan qərarlar çıxarırlar.

Bu şərtlər daxilində ABŞ-a səyahət edəcək vətəndaşlarımızın səyahət planları barədə yenidən düşünmələri və ehtiyatlı olmaları tövsiyyə olunur", - deyə xəbərdarlıqda bildirilib.
 
Qeyd edək ki, ABŞ Dövlət Departamenti amerikalı turistləri xarici ölkələrə səfər zamanı təhlükəsizlik riskləri haqqında məlumatlandırmaq üçün yeni sistem işə salıb. Bu sistemi yaratmaqda məqsəd ABŞ vətəndaşlarının ölkə xaricində müdafiəsini gücləndirməkdir.

Azərbaycan amerkalı turistlərin təhlükəsizliyinə risk olan dövlətlər arasında ikinci kateqoriya ölkələr siyahısına daxil edilib.

Yeni sistemdə dünya ölkələri səyahətin təhlükəsizliyi baxımından dörd kateqoriyaya bölünür: 

1-ci kateqoriya - adi ehtiyat tədbirləri kifayətdir; 

2-ci kateqoriya - ölkəyə səfər zamanı son dərəcə ehtiyatlı olun; 

3-cü kateqoriya - bu ölkəyə səyahət etməklə bağlı qərarınızı yenidən nəzərdən keçirin; 

4-cü kateqoriya - bu ölkəyə səyahət etməyin.
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31