Dünya

Türkiyə və Hollandiya diplomatik münasibətləri bərpa edir

Türkiyə və Hollandiya diplomatik münasibətləri bərpa edir
"Türkiyə və Hollandiya diplomatik münasibətlərin bərpası barədə razılığa gəliblər".

Sfera.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib: 

"Ölkələrimiz arasındakı dialoq və etibarı bərpa etmək və münasibətlərimizi əvvəlki axarına qaytaracaq yol xəritəsini müəyyən etmək üçün hollandiyalı həmkarım Bloku ölkəmizə dəvət etdim. Bu ziyarətin yaxın vaxtlarda baş tutacağı gözlənilir. 450 min nəfərlik türk əhalisinin yaşadığı və ölkəmizdə ən böyük birbaşa xarici sərmayəyə sahib bu ölkə ilə münasibətlərimizin düzəlməsi yolunda hər xarici siyasət mövzusunda olduğu kimi milli mənfəətlərimiz istiqamətində hərəkət edəcəyik, Hollanda ilə münasibətlərimizin yol xəritəsini müəyyən edəcəyik”. 

Çavuşoğlu və Hollandiya xarici işlər naziri Stef Blok ilk addım üçün birgə bəyanat veriblər. Bundan əlavə ən qısa zamanda səfirlərin təyinatı məsələsi müzakirə olunub.

Xatırladaq ki, 2017-ci ilin mart aynda Türkiyə və Hollandiya arasında holland hökumətinin türk siyasilərin çıxışına qadağa qoyması ilə bağlı diplomatik qalmaqal yaranmışdı.

2018-ci ilin fevral ayında Hollandiya Ankaradakı səfirini rəsmi şəkildə geri çağırmışdı.
 
Rəsul
Sfera.az

AdRiver
loading...

XƏBƏR LENTİ