Türkiyə və ABŞ-ın müdhiş Suriya planı

Türkiyə və ABŞ-ın müdhiş  Suriya planı

Türkiyə və ABŞ-ın müdhiş Suriya planlarının detalları məlum olub.

 

Sfera.az xəbər verir ki, yeni plana görə Suriyada təhlükəsiz bölgə yaradılacaq.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ dövlət başçısı Donald Tramp arasında telefon danışığında bu məsələ müzakirə olunub. Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı ABŞ-ın Suriyadan çəkilməsini yüksək qiymətləndirdiklərini vurğulayıb.

 

"Biz NATO müttəfiqimiz olan ABŞ-a hər dəstəyi verməyə hazırıq", - deyə Rəcəb Tayyib Ərdoğan diqqətə çatdırıb. Donald Tramp Administrasiyası yaydığı məlumatda qeyd edib ki, dövlət başçıları Suriyada təhlükəsizlik zonalarının yaradılmasını  və terrorçularla mübarizəni də müzakirə ediblər.


OXŞAR XƏBƏRLƏR