Türkiyə suriyalıları öz ölkəsinə göndərir
11:12 / 02.01.2019
2430
Türkiyənin Hatay şəhərinin Reyhanlı bölgəsində yerləşən sərhəd qapısından Suriyaya qayıdışlar başlayıb.
Bu barədə Türkiyə Sərhəd Xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, 40 min 574 nəfər suriyalı təhlükəsiz bölgələrə gediblər. "Cilvəgözü sərhəd qapısından keçənlər Suriyada təhlükəsiz bölgələrə gediblər. Artıq onların təhlükəsizliyi Suriya ordusunun üzərindədir", - deyə məlumatda qeyd olunub.