Türkiyə şirkəti Qarabağda şöbəsini açmağa hazırlaşır

Türkiyə şirkəti Qarabağda şöbəsini açmağa hazırlaşır
Türkiyənin baş ofisi İstanbul şəhərində yerləşən "Aran Mobilya Dekarasyon İnşaar Sanayi ve Ticaret Limited” şirkəti Qarabağda şöbəsini açmağa hazırlaşır.

Sfera.az xəbər verir ki, bununla bağlı qərar şirkətin İdarə Heyətinin bu gün keçirilmiş iclasında qəbul edilib.

Qərarda deyilir ki, dost və qardaş ölkə Azərbaycanın işğaldan azad etdiyi Qarabağ bölgəsinin iqtisadi inkişafına dəstək vermək üçün orada yeni şöbə açılsın. Şöbənin qeydiyyatdan keçirilməsi və digər prosedurlar "Aran Mobilya Dekarasyon İnşaar Sanayi ve Ticaret Limited” şirkətinin Bakı filialına həvalə olunsun.///Report.az


OXŞAR XƏBƏRLƏR