Türkiyə sahillərində zəlzələ baş verib
17:55 / 27.05.2020
3036
Türkiyə sahillərinin Aralıq dənizində 4,0 bal gücündə zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, zəlzələ yerli vaxtla saat 03:40-da qeydə alınıb.
Zəlzələnin episentri Datça vilayətinin Muğla rayonu sahillərində olub. Yeraltı təkanların ocağı 6,96 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.